Qoç - əvvəlcədən planlaşdırdığınız işlərlə səhər
saatlarından etibarən məşğul olun. Nəticə pis olmayacaq. Fəaliyyətiniz
ünsiyyət, daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa - uğur
əldə edəcəksiniz. Bütün mühüm məsələləri günün ilk yarısında həll edin.
Günün ikinci yarısında işgüzar görüşlər məhsuldar olmayacaq.
Axşam
saatları yaxınlarınızla təmaslar və əyləncə üçün münasib zamandır.
Sevdiyiniz insanın iradlarına həddən artıq sərt cavab verməyin və
münaqişənin qarşısını alın.
Buğa -
qərarların sürətlə qəbulu və yeni situasiyaya uyğunlaşma bacarığınız
sayəsində irəliləyə bilərsiniz. Məsuliyyətdən qaçmağa çalışmayın. Tək
qalmayın, müstəqil fəaliyyət prinsipini ifrata çatdırmayın. Şərait sizi
trivial olmayan qərarların qəbuluna vadar edir.
Günün ikinci
yarısında problemlərin həllində mütəhərrik olun. Nəzakətlə davranın,
bağışlamağı bacarın. Yumor hissi ən çətin situasiyadan çıxış vasitəsinə
çevrilə bilər.
Tərəfdaş və müttəfiqlərlə görüş yeni qüvvələr
verə bilər. Nigaranlıq və təşvişlərinizi yaxınlarınızla paylaşa
bilərsiniz. Açıq söhbətdən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.
Əkizlər -
şəxsi təmasları bir qədər azaldın. Yaranan problemlər sizi ruhdan
salmamalıdır. Müqavilə, anlaşma və ya yeni layihə üçün əlverişli zaman
deyil. Mühüm saydığınız bütün məsələləri günün ilk yarısında həll edin.
Günün
ikinci yarısı daha sakit olacaq. Axşam saatlarında mənasız söhbətlərə
qatılmayın. Problemlərinizi yaxınlarınıza yük etməyin. Maraqlı iş, hobbi
üçün əlverişli vaxtdır. Mənfi təmayüllərin ömrü az olacaq.
Xərçəng
- məlumat, informasiya mübadiləsi və kommunikasiyalarla bağlı fəaliyyət
məhsuldardır. Həmsöhbətinizlə mövqelərinizi paylaşmaq üçün çox səy sərf
etməyəcəksiniz. Mütəhərrik, çevik və qıvraq olun. Əla nəticələrə nail
olmaq istəyirsinizsə, süst davranmayın.
Günün ikinci
yarısında hisslərinizi etibar etdiyiniz insanlarla paylaşa bilərsiniz.
Bu minvalla anlaşılmazlıq və münaqişələrin qarşısını almaqla yanaşı,
münasibətlərdəki etimadı da qoruya bilərsiniz.
Təmasların harmonik inkişafına çalışın.
Şir
- önəmli layihələrdən birini təxirə salmaq olar. Sifarişin nədən ibarət
olduğunu tam anlamaq üçün bir qədər nəfəs dərin. Şəraiti dəyişmək,
problemlərdən qısa müddətə də olsa, kənarlaşmaq zamanıdır.
Peşəkar fəaliyyət sahəsində yeni layihəyə başlamaq üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında rutin işlərlə məşğul olun. Çətinliklərdən çıxış yolu soyuqqanlı və təmkinli şəkildə işləməkdir.
Axşam
saatlarında yaxınlarınızla təmaslar sizə bezdirici fikirlər və əzablı
suallardan qurtulmağa imkan verəcək. Gecə vaxtı gəzintiyə çıxmayın.
Qız
- əhvalınızdakı dəyişikliklər və əməllərinizdən narazılıq hissi sizdə
pessimizm yaratmamalıdır. İşgüzar fəallıq baxımından günün ilk yarısı
daha münasibdir. Yeni işə başlamayın.
Günün ikinci yarısı müqavilə və anlaşmaların müzakirəsini təxirə salın. Maddi çətinliklər, maliyyə sıxıntıları yarana bilər.
Yaxın
ətrafınızdakı insanlardan bəzilərinə inanmaq çətindir. Bir qədər
şübhəli davransanız da, bədgümanlıqda ifrata varmayın. Açıq söhbətlərə
qatılmayın, planlarınızı bölüşməyin.
Tərəzi
- işlərdə problemlər yaransa da, əhvalınızı pozmayın. Fəaliyyətin
sonucları sizi tam təmin etməyəcək. Yeni layihələrə başlamayın. Amma
problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırmağa səy göstərin.
Nikbin
olsanız, ailənizdə harmonik situasiya yarada bilərsiniz. Axşam saatları
dostlar və qohumlarla təmaslar üçün yaxşı zamandır.
Əqrəb
- çoxdan başladığınız işi günün ilk yarısında başa vura bilərsiniz.
Maraqlandığınız işlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz.
Bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin. Yeni nə isə
öyrənməyə çalışın.
Günün ikinci yarısında diqqətiniz
yayınmasın. Əsas məsələni qoyub ikinci dərəcəli nüanslarla məşğul
olmayın. Yaşamınızın müxtəlif sahələrini kontrolda saxlayaraq vaxtınızı
məntiqi şəkildə bölüşdürün.
Başqalarının sizin prinsiplərə
uyğun hərəkət edəcəklərini gözləməyin. Fərdi dəyərlərinizi absolyut
saymayın. Bunu etsəniz, yaxın ətrafınızdakı insanlar arasında sizdən
narazılıq artacaq.
Oxatan -
işgüzar tərəfdaşlarla ünsiyyət üçün günün ilk yarısı daha əlverişlidir.
Səhər saatlarından etibarən aktiv çalışın. Əldə etdiyiniz nəticələri
səbatlı edin. Mövqelərinizi möhkəmləndirin. Münaqişəli vəziyyətlərdə
etika çərçivəsindən kənar çıxmayın. Kobudluq etməyin.
Günün ikinci yarısında mənasız, heç bir əsası olmayan risklərə yol verməyin.
Şəxsi
münasibətlərdə yaranan situasiya sizə yaşanan anlaşılmazlıq və
çətinlikləri dəf etməyə imkan verəcək. Duruma nəzarət edin. Romantik
etiraflar zamanı deyil. Hadisələrə süni təkan verməyin.
Oğlaq - ötən həftədən bəri qarşılaşdığınız və "vidalaşa" bilmədiyiniz gərgin situasiya bu gün çözüləcək.
Bununla
belə, mürəkkəb və eyni zamanda məsuliyyətli iş üçün əlverişli zaman
deyil. İşdə rəhbərliklə müzakirəni ertələməyə çalışın. Yeni layihələr,
mühüm sənədlərin imzalanması üçün münasib vaxt sabahdır.
Günün
ikinci yarısında ətalətə qapılmayın. Maraqlandığınız işlə məşğul olun.
Yaxınlarınız sizi dəstəkləyəcəklər. Axşam saatlarında sakit şəraitdə
istirahət edin.
Dolça -
bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Hadisələrə süni təkan
verməyin. Yaxın ətrafınızdakı insanların prosesə dərhal müsbət mövqe
sərgiləyəcəklərini düşünməyin. Tərif və dəstək gözləməyin.
Günün ikinci yarısında kölgəyə çəkilməyin. Bacarıqlarınızla imkanlarınızı yanlış dəyərləndirə bilərlər.
Sevdiyiniz insanla münasibətlərdə qayğıkeş və həlim olun. Axşam saatlarını ailəvi istirahətə həsr edin.
Balıqlar
- yaşanan situasiyanın yaratdığı çətinlikləri ürəyinizə salmayın.
Yaranmış vəziyyətə fərqli baxış bucağından baxmağı bacarın. Tale sizə
yaxşı dərs verəcək.
Münaqişələri kəskinləşdirməyin. Düşmən və ya bədxahın aktivləşməsinə imkan verməyin.
Günün
ikinci yarısında qüvvənizə qənaət edin. Həddən ziyadə enerji və məsrəf
tələb edən işə başlamayın. Yardım gözlədiyiniz anda dərhal kömək
alacağınızı düşünməyin. Yaxınlarınız sizdən kömək istəyirlər. Öz
problemlərinizi də unutmayın.
Milli.Az