Avqustun 31-də Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Azərbaycana işgüzar səfərə gəlmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
səfər çərçivəsində V. Yeremiçin Azərbaycan rəsmiləri ilə görüşləri
nəzərdə tutulmuşdur.
Görüşlərdə dövlətlərarası münasibətlərin geniş spektrini əhatə edən məsələlər müzakirə olunacaqdır.