Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 12-14 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
APA