Gələn il Azərbaycanda “UnionPay” ödəniş kartları buraxılacaq
19.11.2014

2015-ci ilin birinci yarısında Azərbaycanda “UnionPay” ödəniş kartları buraxılacaq.

Bu barədə “UnionPay İnternational” şirkətinin inkişaf üzrə baş meneceri Larry Wang noyabrın 19-da Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

Baş menecer qeyd edib ki, hazırda şirkətin 400-dən çox müəssisə ilə əməkdaşlığı mövcuddur. “UnionPay”ın qəbul şəbəkəsi 140-dan çox ölkə və regionu əhatə edir. Ümumilikdə, dünya üzrə 4,5 milyard “UnionPay” kartı buraxılıb. Bu kartlarla həyata keçirilən ödənişlərin həcmi getdikcə artır.

azertag.az