Facebook işdə həmkarların bir-birləri ilə ünsiyyət qurması üçün yeni şəbəkə hazırlayır.
Şəbəkənin adı “Facebook at Work” (işdə Facebook) olacaq.
“Financial Times” qəzetinin yazdığına görə, yeni şəbəkə Linkedin və Google Docs-un rəqibi olacaq. Orada ofis işçiləri sənədləri müzakirə edə, ünsiyyət saxlaya biləcəklər.
Bu arada nəşrin məlumatına görə, “Facebook at Work” sosial şəbəkəsi artıq adət etdiyimiz sosial şəbəkəyə bənzəyəcək: Orada xəbər lenti olacaq və əlaqələr qrupları mövcüd olacaq.
Hazırda internetdə “əyyaşlar üçün Facebook” məşhurdur. Bloqerlər “Swig”in yeni əlavəsinə belə ləqəb veriblər. Burada alkoqollu içkilər haqqında yeni bilgilər və hətta içki yoldaşlarını tapmaq olar.
Oxu.az