Abu-Dabidə heyvanlar üçün dəbdəbəli mehmanxana açılıb. Cloud9 adlı mehmanxana hələ ki, yalnız itlər və pişiklərə xidmət edir.
Amma gələcəkdə orada quşlar və ilanlar da «gecələyə» biləcək. Mehmanxananın sahibi Abu-Dabi bələdiyyəsidir.
Qeyri-adi mehmanxanadakı bütün nömrələrdə havanı təmizləyən sistem, VİP otaqlarda isə televizor və musiqi mərkəzləri də var.
Qeyd edək ki, bu, ölkədə ikinci belə mehmanxanadır. Onun birincisi Dubayda fəaliyyət göstərir.
Milli.Az