Qoç - günün ilk yarısını informasiya və sənədlərlə
işə həsr edin. Enerjili, zəhmətkeş olun. Bütün işlərin öhdəsindən gələ
bilərsiniz. Qısamüddətli səfərlər alınacaq.
Yaradıcılıqla məşğul olursunuzusa, irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemləri yeni, qeyri-standart yollarla həll etməyə çalışın.
Əvvəlcədən
hazırladığınız bəzi planlardan imtina edin. Əhvalınız dəyişə bilər.
Ailə üzvlərinizin yardımlarınıza ehtiyacı var. Yaşlı qohumlara diqqət
yetirin.
Buğa - sakit və rəvan
situasiyadır. Səhər saatlarına planları reallaşdırmaqla başlayın. Adi,
rutin işləri təxirə salmayın. Bu işlər sizə yorucu və usandırıcı təsir
bağışlamasın. Bir müddət əvvəl verdiyiniz öhdəlikləri yerinə yetirəndə
özünüzü rahat hiss edəcəksiniz.
Günün ikinci yarısında aktiv
ünsiyyəti bir qədər azaldın. Dəvət aldığınız bütün tədbirlərə qatılmağa
tələsməyin. Özünüzü yorğun hiss edə bilərsiniz.
Axşam
saatlarında ailə münasibətlərində problemlər yarana bilər. Məişət
qayğıları artacaq. Yaşlı qohumlar sizdən vədlərin yerinə yetirilməsini
tələb edəcəklər. Onlar qayğı istəyirlər.
Əkizlər -
Günün ilk yarısını şəxsi münasibətlərdəki problemlərin həllinə həsr
edin. Maddi rifahınızın qeydinə qalın. Son hadisələri təhlil edin.
Gəldiyiniz nəticələri etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.
Alış-veriş uğurlu olacaq. Aldığınız əşyalar uzun müddət xidmət edəcək.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Axşam saatlarında ciddi istirahətə ehtiyacınız var.
Çətin vəziyyətə düşməyiniz istisna deyin. Qayğılarınızı yaxınlarınız bölüşəcəklər. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Xərçəng
- planlaşdırdığınız işlərin öhdəsindən gələ bilərsiniz. Planlarınızı
gün ərzində kəskin şəkildə dəyişməyin. Münaqişə və ya qarşıdurmanın
çözülməsi üçün sizə müraciət olunacaq. İnşaat və memarlıq sahələrində
çalışanlar üçün daha əlverişli zamandır.
Günün ikinci
yarısında sürprizlər olacaq. Yeni şərait sizdən dəyişikliklər tələb
edir. Situasiya əlverişlidir. Əsas məsələ soyuqqanlı və təmkinli
davranaraq tələsik addımlar atmamaqdır.
Şir
- gün ərzində pozitiv davranmağa çalışın. Nələrin baş verməsindən asılı
olmayaraq ifrat bədbinliyə qapılmayın. İstənilən situsiyada
maraqlarınızı təmin edərək mənfəət əldə edə bilərsiniz. Əyləncə və
istirahəti bir qədər təxirə salın.
Günün ikinci yarısında
yaxınlarınız sizi təkbaşına, müstəqil çalışmaq istəyinizi
anlamayacaqlar. Dəyər verdiyiniz insana ifrat dərəcədə hamilik etməyin.
Yalnız kömək istəyən şəxsə yardım edin.
Qız -
mənasız xəyallara dalmayın, səhvlərinizi sürəkli saf-çürük etməyin.
Sağlam məntiqi, rasional düşünməyi unutmayın. Cari problemlərin həllində
soyuqqanlı olun. Çətinliklərdən çıxış yaradıcı variantların seçilməsi
ilə müşayiət olunmalıdır.
Günün ikinci yarısında yaxınlarınız
üçün kiçik bayram düzəldə bilərsiniz. Səbəb olmasa belə, fərq etməz.
Sevdiyiniz insanla sürəkli təmaslarda olun. Axşam saatlarını romantik
şəraitdə keçirmək olar.
Tərəzi - bütün
işlərin gedişatını əvvəlcədən planlaşdırmağın mümkün olmadığını anlayın.
Planlara dəyişikliklər etmək gərəkdir. Bəzənsə spontan davranmaq, tez
qərar qəbul etmək, adət etdiyiniz çərçivələrdən kənara çıxmaq gərəkdir.
Nikbin əhval-ruhiyyədə olun.
Günün ikinci yarısı sizə pozitiv emosiyalar bəxş edəcək. Yaşam enerjinizin səviyyəsi yüksək olacaq.
Axşam
saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Yaşamınızda dəyişkliklər
olacaq. Yaşam məkanınızı qoruyun. Təkbaşına qalsanız, qüvvələrinizi
bərpa edə bilərsiniz.
Əqrəb -
bütün problemləri ani qərar və ya birdəfəlik addımla hiss etmək mümkün
deyil. Can atdığınız nəticələri əldə edə bilməyəcəksiniz. Diqqətsizlik,
işlərə qeyri-ciddi yanaşma yolverilməzdir. Ciddi işlərin başa
çatdırılmasının ertələnməsi konkret məsələlərin həllinə mane olacaq.
Günün
ikinci yarısında önəmli saydığınız problemin çözülməsi istiqamətində
ilk addımlarınızı atın. Axşam saatlarını yaxınlarınızla istirahətdə və
ya gəzintidə keçirə bilərsiniz. Yaxınlarınıza qayğı göstərin,
münasibətləri qaydaya salın. Yaşlı qohumları evə dəvət edin. Onlar sizə
minnətdar olacaqlar.
Oxatan -
günün necə olacağını əvvəlcədən təxminləməyə can atmayın. Heç nə
alınmayacaq. Hadisələr gözləmədiyiniz məcrada, spontan inkişaf edəcək.
Taleyüklü qərarların qəbulu üçün əlverişli zaman deyil.
Günün
ikinci yarısında qəfil olayların heç olmasa, bir neçəsinin yaşanmasının
qarşısını almağa çalışın. Hisslərinizə nəzarət edin.
Yaşlı
qohumlarla problemlər olacaq. Yaxın ətrafınızdakı insanlardan biri
məsuliyyəti sizə "həvalə" etməyə can atacaq. Fiziki iş, kiçik təmir
istisna deyil.
Oğlaq - ən adi,
rutin işləri yarımçıq qoymayın. Evin, ailənin qayğıları ilə məşğul olun.
Yaşam arealını qaydaya salın. Günün ilk yarısında texnika almağa
dəyməz. Aldığınız əşyanının ömrü uzun olmayacaq.
Günün ikinci
yarısında ünsiyyətdə problemlər yaranacaq. Davranışınıza nəzarət edin.
Yaxınlarınız sizi təəccübləndirəcək hərəkətlər edə bilər. Sevdiyiniz
insanın ötənlərdəki əməllərindən birindən xəbər tutacaqsınız.
Sərt, aqressiv olmayın.
Dolça
- bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işləri təxirə salmaq
da olar. Hər şeyi və hər kəsi müşahidə etmək, nəzarətdə saxlamaq mümkün
deyil. Qüvvələrinizə qənaət edin, təsadüflərin yaşanmasına imkan verin.
Hadisələrin fasiləsiz inkişafı günün ikinci yarısında sürpriz olaylara
səbəb olacaq.
Günün ikinci yarısında yaxınlarınızla diqqətli
davranın. Ailə qayğıları ilə məşğul olun. Dostlar və ya yaşlı
qohumlardan biri sizdən yardım istəyəcək. Onun problemləri barədə də
düşünmək zərurəti yaranır.
Balıqlar -
günün ilk yarısını sakit keçirin. İzafi, mənasız informasiyaya ehtiyac
yoxdur. Günün enerji səviyyəsi radikal qərarlar və sərt addımlar üçün
əlverişli deyil.
Ev işlərini, məişət qayğılarını unutmayın. Yaşam arealının yaxşılaşdırılması barədə düşünün.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dediklərini dinləyin.
Sevdiyiniz insana axşam saatlarında romantik təmas bəxş edin. Səmimi, qayğıkeş olmağa çalışın. Çətindir, amma cəhd göstərin.
Milli.Az