Azərbaycan prezidenti Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb
20.11.2014

Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

APA