Hollivud ulduzu Bryus Uillis yenidən ata olub. Onun xanımı, model Emma Hemminq dünyaya qız gətirib. Qızın adını Meybl Rey qoyublar
ET Online” bildirir ki, valideynlər bununla bağlı açıqlama verməyiblər. Uillisin 33 yaşlı xanımının hamiləliyi 2011-ci ilin oktyabrında bəlli olmuşdu.
“Dördüncü dəfə ata olmaq Emma ilə nikahımda əsas məqsədim deyildi. Sevdiyim qadınla yaşamaq mənə həzz verir”, – Uillis deyib. Bryus Uillisin aktrisa Demi Murla əvvəlki nikahdan 23 yaşlı Rumer, 20 yaşlı Skaut və 18 yaşlı Talula Bel adlı üç qızı var.
Bizimxeber.az