Belorus qızı dünya gözəli seçildi
20.11.2014

Belarusdan olan 31 yaşlı Marina Alekseyçik ABŞ-da keçirilən “Dünya gözəli-2014” gözəllik müsabiqəsinin qalibi olub.

Müsabiqədə ikinci yeri Cənubi Afrika, üçüncü yeri isə Peru təmsilçisi tutub.

ABŞ-ın Merilend ştatında keçirilən gözəllik yarışında övlada sahib olan ailəli qadınlar iştirak edib. Həmçinin iştirakçılar öz ölkəsinin ictimai və siyasi həyatında fəal iştirak etmiş qadınlardır. Gözəllik müsabiqəsi 35 namizəd arasında keçirilib.

“Dünya gözəli” müsabiqəsi ilk dəfə 1985-ci ildən etibarən keçirilir. Gələn il müsabiqə Pekində baş tutacaq.

31 yaşlı Marina 4 ildir ki ailə həyatı qurub. O, öz ölkəsində mahnı oxuyur və televiziyada aparıcı kimi çalışır.





publika.az