Kortların yeni kraliçası Şarapovanı “arxiv”ə göndərir
20.11.2014

Dünyanın ən gözəl qadın idmançılarından olan tennisçi Anna Şarapovanı gündəmdən siləcək yeni ulduz parlayır.
Gözəlliyi və idman uğurları ilə diqqət mərkəzinə düşən kanadalı 20 yaşlı tennisçi Yevgeniya Buşard artıq kortların yeni kraliçası kimi qəbul olunur.

2014-cü ildə “Uimbldon” turnirində finala çıxaraq “Böyük dəbilqə” seriyalı yarışlarda final oynayan ilk kanadalı ünvanına da sahib çıxan Y.Buşardın populyarlığı sürətlə artmaqdadır.

Başa çatmaqda olan ildə Avstraliya və Fransanın açıq çempionatlarında finala çıxan idmançı qüvvəsini sınadığı daha bir neçə turnirdə uğurlu çıxışı ilə rəğbət qazanıb.

Amma Y.Buşardın məşhurluğu tennis kortları ilə məhdudlaşmır. Gözəl tennisçi artıq bır sıra nüfuzlu tədbirlərin simasına çevrilərək, tələb olunan fiqur statusunu da özünə təmin edib.

Gün.Az