Lobya tarlasında əkilən turp heç bir xüsusi qulluq göstərilmədən inanılmaz dərəcədə böyüyüb. Türkiyənin Mersin bölgəsindəki Erdemli qəsəbəsində yetişdirilmiş turp öz çəkisi və böyüklüyü ilə hər kəsi təəccübləndirib.
Turpu yetişdirən Nigar Çelik təbii ölçüsündən çox böyük olan bu turpun necə yetişdirilməsini belə izah edib:
“O turpu lobya tarlasında əkmişdik. Onun böyüməsi üçün heç bir kimyəvi vasitədən istifadə olunmayıb.
Turp dörd ayda çox böyüdü. Biz də onun çəkisi təqribən 10 kiloya çatanda turpu yerindən çıxardıq. Bu turpu satmayacağıq, bölüb qonşularla bölüşəcəyik”.
Gün.Az