Qoç - ailə üvləri ilə təmaslarda emosional
olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində
qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə
güvənirlər.
Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın.
Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.
Buğa
- sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin
öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu
irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız
insanlardan dəstək alacaqsınız.
Günün ikinci yarısında işdə
rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı
ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər
paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.
Ailədəki
mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa
da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla
təmaslarda soyuqqanlı və təmkinli davranın.
Əkizlər
- daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli
zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni
mebel almaq üçün münasib vaxtdır.
Günün ikinci yarısı
kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən
müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar.
Yaxınlarınız
sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli
olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə
ailə üzvləriniz sevinəcəklər.
Xərçəng
- yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan
işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir
müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.
Günün
ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi
adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.
İstək
və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız
öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla
münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza
səbəb yaratmayın.
Şir - pozitiv
düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın
ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər.
Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ
bilməyəcəksiniz.
Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın.
Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.
Axşam
saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin.
Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə
çalışın.
Qız - ətrafınızdakı
insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı
heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə
etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban
verməlisiniz.
Günün ikinci yarısında qarşınıza real hədəflər
qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə
ailə işlərinin bəzilərini təxirə salmaq olar.
Günün ikinci
yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə
keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Tərəzi -
gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu
alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı
deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə
dəyərləndirmirlər.
Günün ikinci yarısınşa iştahınıza hakim
olun. İdeal tərəfdaş və tam sadiq müttəfiq aramayın. Axşam saatlarını
sevdiyiniz insana həsr edin.
Səmimi olmağa çalışın.
Əqrəb
- yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün
əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac
duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla
təhlükəsizlik hissini gücləndirə bilərsiniz.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat peşəkar fəaliyyət sahəsində irəliləyişlə yanaşı, əlavə gəliri də təmin edə bilər.
Axşam saatlarında stressdən qurtulun. Yaxınlarınızla birlikdə istirahət edin.
Oxatan
- işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil.
Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək
istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil.
Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.
Günün ikinci yarısında sakitləşin. Fəaliyyət aktivliyini bir qədər azaltmaq da olar. Situasiyaya bir qədər fərqli baxın.
Cari məişət qayğılarını çözmək gərəkdir. Axşam saatlarında müttəfiq və tərəfdaşlarla görşün. Romantik təmasları ertələyin.
Oğlaq
- diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə
qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə
dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə
yararlanmağa çalışmayın.
Günün ikinci yarısında nüfuzunuza
xələl gətirə biləcək addımlar atmayın. Ailədəki mühiti yaxşılaşdırmaq
üçün əlverişli zamandır. Harmonik münasibətlər ailə üzvləri ilə
təmaslardakı müəyyən çətinlikləri aradan qaldıracaq.
Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq.
Dolça
- yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə
onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və
səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə
məsələlərində isə emosiyalara uymayın.
Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin.
Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir.
Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin.
Balıqlar
- bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş
olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu
qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə
müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll
etməyə çalışın.
Günün ikinci yarısında romantik hisslər,
təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə
bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq
gərəkdir.
Normal istirahət etməyə çalışın.
Milli.Az