TQDK hara köçürüləcək?
21.11.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni bina tikiləcək.

Komissiyanın yeni binası TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcək.

Belə ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.

Yeni bina tikilənə qədər isə TQDK Batamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

www.oxu.az