Noyabrın 29-da İstanbulda “Best Model of the World - 2014” beynəlxalq model müsabiqəsinə start veriləcək.
Bu haqda məlumatı “AES Group”un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev verib:
“2010-cu ildən bəri ölkəmizin iştirak etmədiyi “Best model of The World” beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi bu il iki modelimiz Sima Şərafətdinova və Heydər İsgəndərov təmsil edəcək. 145 ölkənin qatıldığı və 55 ildir keçirilən beynəlxalq müsabiqə üçün layiqli seçim olduğunu düşünürəm. Noyabr ayının 30-da modellərimizlə birlikdə İstanbula yola düşürük. 6 dekabrda keçiriləcək final mərhələsində təmsilçilərimizə bol-bol uğurlar arzulayıram”.
Nəzərinizə çatdıraq ki, müsabiqə 1955-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir.
Qeyd edək ki, yarışmanın prezidenti Erkan Özerman, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Oxu.az