İspaniyanın Sevilya şəhərində ictimaiyyətdə hersoginya Alba kimi tanınan Kaetana Fits-Ceyms Stüart 88 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı EFE yayıb.
Şəhər meri Xuan İqnasio Zoldo Twitter-də zadəgan xanımın ölməsi barədə xəbəri təsdiqləyib.
Ötən həftə hersoginya ürək aritmiyası, sətəlcəm və qatroentrit kəskinləşməsi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.
18-ci hersoginya Alba 28 mart 1926-cı ildə Madriddə anadan olub. O, ictimai xadim və dünyada ən çox titula malik insan kimi tanınırdı (7 hersoginya titulu, 23 markiza titulu və 19 qrafinya titulu). İspaniyada hersoginya çox məşhur idi və tez-tez teleşoulara dəvət alırdı.
Onun adı ilə bağlı sonuncu qalmaqallı hadisə 2011-ci ildə 60 yaşlı məmurla ailə qurması oldu.
Alba zadəganə nəsli İspaniyada ən qədim olanlardandır. Alba qraf titulu hələ 1429-cu ildə təsis edilib.
Oxu.az