Azərbaycan prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynamış Xurşidbanu
Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin
etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar
Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planı hazırlayıb
həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.
APA