Yaxın günlərdə Həsən Əliyev küçəsində yerləşən və TQDK-nın hazırda
fəaliyyət göstərdiyi bina söküləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə
görüntüləri təqdim edib.
Komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində
(Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. Yayılan fotoların isə
yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.
Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın
günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni
şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.
Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq
küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir
hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

ANS PRESS