2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları və Paralimpiadanın talismanlarının rəsmi təqdimat mərasimi keçirilib.
Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarının talismanları Braziliya faunasının "yığma" obrazıdır. O, pişiyə bənzəyən heyvandır.
Paralimpiadanın maskotu isə ağaca bənzəyən açıq-yaşıl rəngli məxluqdur.
İndi braziliyalılar maskotlara adlar seçməlidirlər. Favorit variantlar arasında Oba və Eba, Tiba və Tuki, Vinisius və Tom var.
2016-cı ilin Yay Olimpiya Oyunları Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən 21-dək keçiriləcək.
Milli.Az