Türkiyənin "Valide Sultan"ı Bakıya gəldi
24.11.2014

Məşhur türkiyəli aktirsa Nebahat Çehre Azərbaycana gəlib.
Bu barədə millət vəkili Qənirə Paşayeva öz Facebook səhifəsində məlumat verib.

O, Nebahat Çehre ilə eyni təyyarədə gəldiyini yazıb və birgə şəkillərini paylaşıb. Aktisa ilə xeyli söhbət etdiyini bildirib:

"İstanbul-Bakı dönüşündə qardaş Türkiyənin dəyərli sənətçilərindən Nebahat Çehre ilə maraqlı söhbət etdik. Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, Qarabağ problemi ilə yanaşı, sənətdən, həyatdan da danışdıq. Nebahat xanım Azərbaycana bir film layihəsi ilə bağlı dəvət əsasında gəldiyini söylədi və ölkəmizə ilk dəfə gələn Nebahat xanımın Azərbaycanı sevəcəyinə inanıram.

Çünki elə təyyarədən başlayaraq o qədər böyük sevgi ilə danışırdı ki, Azərbaycan haqqında. Çox maraqlı və həyat dolu bir insandır və cəmi 2-3 saat içində dostlaşdıq. Mənə layihə barədə də məlumat verdi. Keçdiyimiz tarixi yolu anladan çox maraqlı bir layihədir. İnşallah uğurlu olsun. Nebahat xanıma ikinci Vətəninizə xoş gəldiniz deyirik".

Qeyd edək ki, azərbaycanlı tamaşaçılar Nebahat Çehreni “Aşk-ı memnu” (Firdevs) və “Muşteşem yüzyıl” (Valide Sultan) seriallarından sevirlər.

Gün.Az