Bakı və Abşeron yarımadasında aprelin 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi
yerlərində zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir
güclənəcək. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-18 dərəcə
isti təşkil edəcək.
Aprelin 6-da havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi
yerlərdə duman olacağı, mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 5-də hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 4-9 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 0-4
dərəcə, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Aprelin 6-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və
axşam ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz dağlıq
ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 0-5 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.