Yaponiyada 15 kilometrlik sualtı şəhər salınır
24.11.2014

Yaponlar suyun altında şəhər salır.

15 kilometr uzunluğundakı şəhər-stansiya spiral şəklində olacaq.

Proqnozlara görə, 26 milyard dollar dəyəri olan layihənin tikilməsi üçün 5 il vaxt lazımdır. Stansiyanın tikintisini başa çatdırmaq üçün hələ ilkin sınaq dövründə olan yüksək texnologiyalardan istifadə tələb olunur.

"Shimizu Corp" kompaniyası tərəfindən tikintisi planlaşdırılan sualtı stansiyada otellər, evlər və böyük ticarət mərkəzləri olacaq və 5000 nəfər yaşayacaq.

publika.az