Hollivud ulduzu Mikki Rurk cavanlıq illərini yadına salmaq niyyətindədir. 62 yaşlı aktyor yenidən rinqə qayıdır.
Rurk cavanlıqda professional boksla məşğul olub. Lakin onun sonuncu dəfə rinqə nə vaxt çıxdığını heç çılğın fanatları belə xatırlamır.
İndi isə ulduz aktyor bütün gününü idman zalında keçirir. Yaşı 60-ı keçməsinə rəğmən Mikki əla fiziki durumdadır. O, bir həftədən sonra – noyabrın 28-də Mikki Rurk Moskvada professional boksçu , 29 yaşlı Elliot Seymura qarşı döyüşəcək.
Fanatlar Mikkini o qədər çətin döyüş gözləmədiyinə əmindilər. Çünki rəqibi 2009-cu ildən indiyə kimi keçirdiyi 9 döyüşün 8-də məğlub olub.
publika.az