Qoç - peşəkar fəaliyyət üçün işgüzar yazışma və
danışıqların böyük əhəmiyyəti var. İnformasiya mübadiləsini unutmayın.
Səfər, danışıqlar, sənədlərlə iş üçün günün ilk yarısı əlverişlidir.
Günün ikinci yarısında işlərin və ya tapşırıqların bir hissəsinin həvalə oluna biləcəyi etibarlı adamı tapın.
Yaxınlarınız
qəfil qərar, əməllə sizi heyrətləndirə bilərlər. Baş verənləri dərhal
dəyərləndirmək asan deyil. Olaylarda müsbət yönlər də var. Mənfi
emosiyaların təsiri altına düşməyin.
Buğa
- yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışın. Sağlam məntiq
yardımçınız olsun. Bu minvalla bir sıra problemləri həll edə bilərsiniz.
Məqsədə çatmaq üçün trivial olmayan yollardan istifadə edin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, yeni məlumatların əldə olunması üçün əlverişli zamandır.
Yaxınlarınızla
təmaslarda soyuqluq, laqeydlik, hadisələrə başdansovdu yanaşma
olmamalıdır. Sevdiyiniz insanı sevindirməyə çalışın.
Əkizlər -
köç vəy va mənzillə bağlı məsələlərin həlli üçün əlverişli zaman deyil.
Dövlət qurumlarına, hakimiyyət strukturlarına müraciəti ertələyn.
Maksimal dərəcədə diqqətli olun. Birgə layihənin həyata keçirilməsində
maraqlarınızı ani hisslərə qurban verməyin.
Günün ikinci
yarısı tədqiqat, potensialın və imkanların dəyərləndirilməsi üçün
faydalıdır. Dəyər verdiyiniz insanlarla münasibətləri aktivləşdirin.
Əhvalınız normal olmasa da, ciddi və diqqəli davranın. Belədə ailə
üzvlərinin nigaranlığı da aradan qalxar.
Xərçəng
- işlərə ciddi yanaşın. Emosiyalarınıza nəzarət edin. İşdə rəhbərlik və
həmkarlarla təmaslarda diqqətli olun. Yaxın ətrafınızdakı insanlar
qarşısında sərt tələblər qoymayın. İradların sayını artırmağa dəyməz.
Günün ikinci yarısında hadisələrin axarına təsir edə bilməsəniz, əhvalınız korlanacaq.
Axşam saatlarına yaxın sevdiyiniz insanla gəzintiyə çıxın. Kitab ala bilərsiniz. Səhhətinizə fikir verin.
Şir -
bacarıq və təcrübənizi artırmaq üçün yaxşı zamandır. Təhsil
alırsınızsa, biliklərin yeni sahəsinə maraq oyana bilər. Nüfuzunuzu
artırın. Statusunuzda dəyişikliklər olacaq. Yaxın ətrafınızdakı yeni
simalardan birinə səlahiyyət və məsuliyyətlərinizin bir hissəsini həvalə
edə bilərsiniz.
Günün ikinci yarısında səhhətinizə fikir
verin. Ağrılar hiss etsəniz, yalnız sınanmış, anladığınız dərman
preparatlarından istifadə edin. Yeni pəhrizə başlamaq, gün rejimini
dəyişmək üçün münasib zaman deyil.
Qız -
işləri nizama salın. Yaşam arealında təxirəsalınmaz tədbirlərə ehtiyac
var. Adi günlərdən fərqli olaraq detallara və xırdalıqlara xüsusi fikir
verin. Yaxın ətrafınızdakı insanların məsləhətinizə ehtiyacı var. Çətin
problemlərin həllində irəliləyişlər ola bilər.
Günün ikinci
yarısı pedaqoji və ya elmi fəaliyyətlə məşğul olanlar üçün yaxşı
zamandır. Ünsiyyətdə səmimi, adekvat olsanız, gərəkli anda gərəkli
sözləri deməyi bacarsanız, irəliləyiş qaçılmazdır.
Kainatın mərkəzi olduğunuzu düşünməyin. Sadə, təvazökar olun. Ailə üzvlərinin dediklərinə qulaq asın.
Tərəzi
- ətrafınızdakı bəzi insanların ikili həyatı sizi çılğına döndərməsin.
Maskaların yırtılmasına hələ çox var. Sonucda məxfi məlumatı əldə edə
bilərsiniz. Bu, baş verməsə belə, zahirdə görünənlə müqayisədə batindəki
məğz sizi daha çox narahat etməlidir.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanları sərt tənqid etməyin. Dərs demək fikrinə düşməyin.
Səs-küylü
məclisə, insanların çox olduğu yerə yollanmayın. Axşam saatlarını
yaxınlarınız və sevdiyiniz insanlarla birlikdə keçirin.
Əqrəb
- yaşam təcürbənizə güvənərək avantüralara qatılmayın. Velosiped ixtira
etməyə dəyməz. Daha təcrübəli insanın məsləhətinə və ya başlamaq
istədiyiniz işə bələd şəxsin dediklərinə qulaq asın. Belədə problemi
daha asan və tez həll edə bilərsiniz.
Günün ikinci yarısında intensiv əməkdaşlıq bir sıra problemləri çözməyə imkan verəcək.
Axşam
saatlarında asan və maraqlı ünsiyyət istisna deyil. Romantik macəra da
ola bilər. Yaxınlarınızla münasibətlərinizi gərməyin. Hər şey sizin
əlinizdədir. Situasiyaya təsir edərək fikir ayrılığının münaqişəyə
çevrilməsinə imkan verməyin.
Oxatan
- problemi şəxsi görüşdə daha məhsuldar şəkildə həll etmək olar. Şablon
qaydada çalışmayın. Yaxın ətrafınızdakı insanların hərəkətlərinin
motivasiyasını anlamağa çalışın. Fərdi təmaslarda xeyir var.
Günün ikinci yarısında uzunmüddətli səfərlər və alış-veriş məsləhət deyil.
Yaxınlarınızla
söhbətdə təmkinli davranın. Haqlı olduğunuzu həddən ziyadə emosional
şəkildə sübuta yetirməyə çalışmayın. Məntiq və arqumentlərə sığının.
Səbrli olun, çünki qarşı tərəf dediklərinizlə asanlıqla razılaşmayacaq.
Oğlaq -
aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün sivil vasitələrin
hamısından istifadə edin. Yeni predmeti araşdırmaq, danışıqlar aparmaq,
səfərə yollanmaq üçün pis gün deyil.
Günün ikinci yarısında
xeyirxah və nikbin olun. Yaxın ətrafınızdakı insanlara kömək edin.
Doğrudur, onların bəziləri hisslərinizi və əməllərinizi layiqincə
dəyərləndirməyəcəklər.
Ailədəki mühiti yaxşılaşdırmaq üçün
xırdalıqlara fikir verməyin. Bəzən kiçik hədiyyə və ya gül dəstəsi
romantik münasibətlərin təməlini qoya bilər.
Subaysınızsa, yeni tanışlıq ola bilər.
Dolça
- sizi tənqid edən insanın dedikləri peşə fəaliyyətinizə müsbət təsir
edəcək nüanslara çevrilə bilər. Problemlərin müzakirəsindən çəkinməyin.
Səhvləri tərəfdaş və ya şəriklə birlikdə təfərrüatlı formada nəzərdən
keçirin.
Günün ikinci yarısında hisslərinizin rəvan olacağına
bel bağlamayın. Yaxınlarınız əminlik və stabillik istəyirlər. Onlar
sizdən yardım gözləyirlər. Seçim etməlisiniz. Ya prinsiplərinizə sadiq
qalmalı, ya da ailə üzvlərinə güzəştə gedərək mövqeyinizdə dəyişikliklər
etməlisiniz.
Balıqlar - olaylarla
bağlı şəxsi fikriniz ətrafınızdakı insanlar üçün maraqlı deyil.
Başqasının fikirləri ilə ya razılaşmalı, ya da münaqişə situasiyası
yaratmaq bahasına olsa da, mövqelərinizdən geri çəkilməməlisiniz.
Şəraitə uyğunlaşmağa çalışmayın.
Günün
ikinci yarısı güzəştlər zamanıdır. Uğursuz situasiya əhvalınızı korlaya
bilər. Öhdəsindən daha yaxşı gəldiyiniz işlə məşğul olun. Tələsməyin.
Yaxınlarınızla
təmaslarda sadə və səmimi olun. Onların dediklərini anlamağa çalışın.
Ailə üzvlərinin arqumentləri və niyyətləri sizin üçün ciddi əhəmiyyət
kəsb etməlidir.
Milli.Az