Almaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən “Azərbaycan
Diasporunun Almaniyadakı Mərkəzi Şurasi”nın prezidenti, həmvətənlimiz
Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevə həsr olunmuş poçt
markası dövriyyəyə buraxılmışdır.
Üç min tirajla buraxılan markanın üzərində Azərbaycan Respublikasının
bayrağı və Çingiz Mustafayevin şəkli ilə yanaşı, ingilis dilində
“Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev” sözləri yazılmışdır.