“Mədəniyyət və Turizm Nazirliyinin tarix, coğrafiya, ekologiya
dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini
çox bəyənirik. Bir var ki, kitabdan oxuyasan, bir də var ki, Qobustanda,
İçərişəhərdə və digər tarixi məkanlarda olub, onları gözlə görəsən, bu
daha yaddaqalandır”. Bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazirin sözlərinə görə, bu dərslərin təkcə Bakıda deyil, ölkənin digər
yerlərindəki tarixi məkanlarda da tədrisinə üstünlük veriləcək: “Bununla
bağlı məkanlar dəqiqləşdiriləcək, Mədəniyyət və Turizm Nazirliyi ilə
birgə müvafiq tədbirlər planı hazırlanıb, təsdiq ediləcək. Növbə ilə
həmin tarixi yerlərdə dərslər keçiriləcək”.