Ən möhtəşəm şouya sayılı günlər qalıb
25.11.2014

“Victoria’s Secret” ənənəvi şousuna sayılı günlər qalıb. Dekabr ayının 9-da Londonda bir çoxlarının səbirsizliklə gözlədiyi şou baş tutacaq.

Belə ki, dekabr ayının 9-da Adriana Lima, Alessandra Ambrosio, Kendis Sveynpol, Dautzen Krez və digər super modellər 4 milyon dollarlıq alt geyimlərini nümayiş etdirəcək.

Şouda tamaşaçı qismində iştirak etmək üçün, demək olar, bütün biletlər satılıb. Ekspertlər “Victoria’s Secret” şousunu bütün tarixin ən möhtəşəm sərgisi kimi qəbul edir.

publika.az