Yeni “Nokia Lumia 730” smartfonu ilə dünyanın ən geniş selfie-si reallaşdırılıb.
1151 nəfərin iştirak etdiyi foto ötən gün Banqladeşdə çəkilib.
İştirakçılardan tədbirə neçə nəfərin gəldiyini bilmək üçün əvvəlcədən imza atmaları xahiş olunub.
“Ginnesin Rekordlar Kitabı” nümayəndələrinin məlumatına görə, əvvəlki rekord “Oskar”ın təqdimetmə mərasimində çəkilməsi ilə yanaşı, həm də fotoya 279 nəfəri yerləşdirməyi bacarması ilə qürrələnə bilən Ellen DeCeneresə məxsus idi.
Açıq-aşkar üstünlüyə baxmayaraq, “Nokia Lumia 730”un istehsalçısı olan “Microsoft” “Ginnes” nümayəndələrindən cavab gözləyir.

Gün.Az