Dünən dəhşət yaşandı: evlər viran qaldı - VİDEO - FOTO
4.4.2012

ABŞ-ın Texas ştatını dünən cəmi bir neçə saat ərzində 10 tornado vurub.Dallas şəhərində və şəhərin ətrafındakı bölgələrdə qasırğa binaların damlarını və bəzən də binaların özlərini aşırıb, maşınları havaya qaldırıb, ağacları kökündən çıxarıb.

CBS-ə istinadən verilən məlumata görə, onlarla ev darmadağın olub, divarlar dağılıb, elektrikötürmə xətləri qırılıb. Dallasın beynəlxalq hava limanı müvəqqəti olaraq bağlanıb.
Tələfat və dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir.
Yük avtomobilləri dayanacağından keçən tornado bir neçə maşını havaya qaldırıb.

ABŞ Meteorologiya Xidmətindən verilən məlumata görə, daha iki güclü tornado güc yığmaqdadır. Həmin tornadolar yaşayış məntəqələri istiqamətində hərəkət edir.
Video

Milli.Az