Osmalı Türkiyəsini idarə etmiş sultan sulaləsinin son nümayəndəsi olan
Fatma Neslişah Osmanoğlu Sultan 92 yaşında dünyasını dəyişib.
Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan mərhumənin qohumlarına başsağlığı veriblər. Fatma Neslişah Osmanlı İmperiyası və Misir şahzadəsi titullarına malik idi.
O, Osmanlı Türkiyəsinin son sultanı IV Mehmetin nəvəsi, 1923-cü ildə sultanlıq dağılana qədər doğulmuş son şəxsdir. Sultan taxtına son “iddialı” olan Ərtoğrul Osman Osmanoğlunun 2009-cu ildə dünyasını dəyişməsindən sonra Fatma Neslişah Osmanlı xanədanının son nümayəndəsi adını almışdı. Onun oğlu Sultan Abbas Hilmi Misir şahzadəsi titulunu qorusa da, Osmanlı Türkiyəsinin şahzadəsi sayılmır.
Bizimxeber.az