Doqquz rayona qaz məhdudiyyətlərlə veriləcək
26.11.2014

“Azəriqaz” İstehsalat Birliyi bir neçə rayona təbii qazın məhdudiyyətlərlə veriləcəyi barədə xəbərdarlıqla çıxış edib.
Qaz nəqli və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dək Nərimanov rayonunun bir hssəsinə, saat 11:00-dan 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ağstafa rayonuna və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək Sabunçu, Nəsimi, Qaradağ, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Gün.Az