Qoç - Siz gümrah, şən və çalışqansınız. Bunu ətrafdakılar da hiss edir və israrla sizə doğru meyllənirlər. Buna bəzi hallarda özünü büruzə verən bədxahlıqlar da mane olmayacaq.
Romana başlamaq üçün əla gündür. Əgər maraqlı tanışlıq arzusundasınızsa, evdə oturmayın: ulduzlar sizə çoxsaylı xoş görüşlər vəd edirlər. Əgər öz “yarı”nızı tapmısınızsa, onunla birlikdə olun. Bu, ikinizin də xoşunuza gələcək.
Buğa - Ümidsiz gün deyil. Amma çox yaxşı da olmayacaq. Səy göstərin, zəhmət çəkin və yajşı nəyəsə nail ola biləcəksiniz. Ənənəvi işlə məhdudlaşmaq tövsiyyə olunur. Bu gün çətin ki yeni işə başlaya və ya əvvəllər məşğul olmadığınız işdə uğur əldə edə biləsiniz
Əvvəlcədən bu günə təyin olunmuş görüşlər pis keçməyəcək. Lakin gözlənilməz görüşlər məyusluq gətirəcək. Yaşlı qohumlarla mübahisələr mümkündür. Valideynləri ilə birlikdə yaşayan Buğalar üçün daha çətin olacaq.
Əkizlər - Bu gündə xüsusi heç nə yoxdur. Lakin təşəbbüs göstərməyiniz lazımdır və qeyri-adi nəsə mütləq baş verəcək. Günün əsas problemi odur ki, öz hərəkətlərinizin mümkün nəticələrini düzgün qiymətləndirə bilmirsiniz. Nəticədə ən xoş niyyətləri əsas götürsəniz də, özünüz və başqaları üçün problemlər yaradırsınız.
Gün şəxsi münasibətlər baxımından o qədər də münasib deyil: sanki yaxınlarınızla narazılıqlar xoşunuza gəlir, amma niyə belə olduğunu özünüz də anlamırsınız. Bir qədər təmkin göstərmək pis olmazdı.
Xərçəng - İşləriniz gətirmir. Ən ağır cələn odur ki, bütün gücünüzlə işləyirsiniz, səhvlərə yol vermir və boşluqlar buraxmasanız da, hadisələr əleyhinizə cərəyan edir, can atdığınıza nail ola bilmirsiniz. Bununla belə, təslim olmayın: tezliklə mənfi tendensiyaların təsiri azalmağa doğru gedərək. Bu xoşbəxt anı gözləmək lazımdır.
Yaxınlarınız sizi dəstəkləyirlər. Amma ehtiyacınız olduğu bütün anlarda yox. Tez-tez problemlərin öhdəsindən öz gücünüzlə gəlməli olursunuz. Özünüzü sevindirməyə çalışın. Hətta, buna müəyyən xərclər lazım olsa belə. Sizin müsbət emosiyalara ehtiyacınız var.
Şir - Kifayət qədər əlverişli gündür. Yaxşı nəticələrə nail olmaq mümkündür. Amma bunun üçün ehtiyatlılıq və təkliflərini dəfələrlə rədd etdiyiniz insanların köməyi lazımdır. Kiməsə xahişlə müraciət etmək lazım gələcək. Halbuki, bu, heç də xoşunuza gəlmir. Ldierlik uğrunda mübarizə işgüzar münasibətlərdə harmoniyaya mane olur. Siz qalib gələ bilərsiniz, amma bunun üçün çalışmaq lazımdır.
Yaxınlarla münasibətlər sevinc bəxş edəcək. Köhnə dostlar sizi xoş sözlərlə dəstəkləyəcək, yaxşı məsləhətlər verəcəklər. Xoş sürprizlər, hədiyyələr mümkündür. Həyat potensialı yüksəkdir.
Qız - Hansısa yeni layihə üzərində işləməyə başlamazdan əvvəl lazımi informasiyaya malik olduğunuza əmin olun. Nəyisə bilməmək özünü təhlükə qarşısında qoymaq deməkdir: bu gün məlumatsızlıq üzündən həmişəkindən daha çox problemlər yaranacaq. Pulla ehtiyatlı olun: uğursuz alqı-satqı və investisiya ehtimalı yüksəkdir.
Şəxsi həyatda işlər əhəmiyyətli dərəcədə yaxşı olacaq. Sizin üçün dəyərli olan insanları dərhal başa düşürsünüz və yaxınlarınız probelmlərini həll etmək üçün gücünüzə heyfiniz gəlmir. Bu, bir çox köhnə problemləri həll etməyə iman verəcək: çətin ki, kimsə belə bir gündə köhnə inciklikləri yada salmaq istəsin.
Tərəzi - Uğursuz gündür. İş sahəsində problemlər yaranacaq. Əvvəllər əldə olunmuş razılaşmalara əməl olunacağına bel bağlamağa dəyməz. Yüksək səviyyədə etibarlı hesab etdiyiniz insanların sizi pis vəziyyətdə qoyacağı istisna deyil.
Ruhi tarazlığı qorumaq çox çətindir: əhvalınız tez-tez dəyişəcək, nə özünüz, nə də yaxınlarınızda razılığa gələ bilməyəcəksiniz. Romantik əhval-ruhiyyə məyus edəcək, dostlarla görüş ciddi narazılıqla bitə bilər.
Əqrəb - Sakitliyinizi qoruyun: bunsuz yaranmış şəraitə uyğunlaşmağınız çətin olacaq. Ətrafa diqqətlə nəzər salın, hətta, gözünüzə sataşmayan faktları də diqqətdən kənarda qoymayın. Bütün əngəlləri aşmaq və can atdığınıza çatmaq şansınız var.
Oxatan - Uğurlarınıza dəfələrlə təəccüblənəcəyiniz əla gündür. Həqiqətdə siz demək olar ki heç nə etmirsiniz. Amma uğur özü sizə doğru gəlir. Belə gözəl vaxtdan maksimal dərəcdə effektiv istifadə edin. Nə qədər çox iş planlaşdırsanız və nə qədər çox görüş təyin etsəniz, o qədər yaxşıdır.
Cazibənizə nə yeni tanışlarınız, nə də sizi çoxdan tanıyanlar biganə qalacaqlar. Müsbət tendensiyaların təsirindən təsadüfən xətrinə dəydiyiniz adamın könlünü almaq üçün istifadə edə bilərsiniz.
Oğlaq - Uğursuz gündür. Əsas problem ətrafdakılarla dil tapa bilməməkdir. Bu səbəbdən də nizamlanması asan olmayan münaqişələr yaranır. İşgüzar görüşlər pis keçəcək, nə həmkarlarınız, nə də potensial müttəfiqlərlə dil tapmaq mümkün olacaq. Rəhbərliklə yola getmək olduqca çətindir. Ən yaxşısı müdirin gözünə görünməməkdir.
Yaxınlarınızla mübahisələr mümkündür. İstənilən boş şey ciddi fikir ayrılıqlarına səbəb ola bilər.
Dolça - Yaranmış vəziyyət birmənalı deyil. Lakin nəyin nə yerdə olduğunu axşama doğru aydınlaşdıracaqsınıh. Əgər köhnə müttəfilər və dostlarınız sizi dəstəkləməyə hazırdırlarsa, yeni işlərə başlamaq olar. Təkbaşına fəaliyyət göstərmək istəyirsinizsə, o zaman tələsməmək məsləhətdir. Cüzi pul gəlirləri mümkündür.
Qeyri-formal ünsiyyət üçün çox yaxşı gündür. Qonaq qəbul etmək olar.
Balıqlar - Daha az tələskənlik, daha çox ehtiyatlılıq. Bu, çox faydalıdır. Hər şeyi ölçüb-biçdikdən, dəqiqləşdirdikdən və düşündükdən sonra yeni işlərə başlamaq olar. Şəraitə uyğun hərəkət edəcəyinizə bel bağlamaq olmaz.
Balıqlar tez vurulur, tez də soyuyurlar. Yeni ümidlər onları qanadlandırsa da, bu ümid çox çəkmir. Bu gün daha çox illüziyalar və arzularla yadda qalacaq, şəxsi həyatda hansısa real dəyişikliklərlə yox.
Milli.Az