Azərbaycanda ana böyrəyini oğluna bağışladı
27.11.2014

Yaşı 6, çəkisi 8 kiloqram olan uşağa böyrək köçürülüb.

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kaziminin verdiyi məlumata görə, altı yaşlı 8 kiloqramlıq xəstə Sadiq Abdulxaliqov uzun müddət xroniki böyrək çatışmazlığından və inkişaf geriliyindən əziyyət çəkib.

Xəstə bir neçə dəfə xarici ölkələrdə müayinə olunub. M.Kazıminin dediyinə görə, Mərkəzi Neftçilər xəstəxanasına müraciət etdikdən sonra azyaşlıya böyrək köçürülməsi məsləhət görülüb:

“Şöbənin həkimləri tərəfindən konsiliumdan və uyğunluq analizlərindən sonra xəstəyə anasından böyrək köçürülməsi qərara alınıb. Bu əməliyyatda standart böyrək köçürülməsi proseduru icra edilmədi. Uşaq inkişafdan çox geri qaldığı üçün xəstənin anasından alınan böyrəyin ölçüləri və eyni zamanda iki kiçik mənfəzli arteriya damarı mövcud idi. Buna görə də anasının böyrəyi Sadiqin qarın boşluğuna yerləşdirildi. Kiçik damarlar isə mikrocərrahiyyə ilə tikildi. Əməliyyat uğurla başa şatdı. Bu çəkidə nadir icra olunan böyrək transplantasiyası əməliyyatı respublikamızda ilk dəfə idi ki, həyata keçirildi”.

Tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi onu da qeyd edib ki, aparılan bu əməliyyat təmənnasız olaraq icra edilib.

Gün.Az