“Kulis.az” ədəbiyyat dərgisinin 1 yaşı tamam olur
4.4.2012

Bu gün APA Media Qrupun nəzdindəki kulis.az ədəbiyyat dərgisinin 1 yaşı tamam olur.

Ötən il aprelin 4-də fəaliyyətə başlayan Kulis.az artıq Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən ən böyük internet dərgilərdən birinə çevrilib.

“Kulis.az”ın baş redaktoru Qan Turalı APA-ya açıqlamasında deyib ki, bir il əvvəl əsas məqsəd Azərbaycanda ədəbiyyat, mədəniyyət xəbərlərini verən maraqlı internet jurnalı yaratmaq və bununla da gənclərin intellektual dünyagürüşünün zıənginləşməsinə, bədii-estetik zövqünün formalaşmasına yardım etmək idi.

“Kulis.az” qarşıdakı dövrdə bir sıra yenilklər etmək də fikrindədir: “Multimedia layihələrini gerçəkləşdirmək və daha çox yazarı cəlb etmək istəyirik. Bir neçə sənədli film çəkmək, yazıçılarla video-müsahibələr etmək niyyətimiz var. Bir də qızıl video arxiv yaratmaq istəyirik ki, şairlərimizin öz şeirlərini oxuduğu lentləri arxivləşdirək və o arxiv bizdə qalsın”.