90-cı illərdə Rusiya telekanalında efirə çıxan və böyük məşhurluq qazanan "Santa-Barbara" serialının baş qəhrəmanlarından biri Azərbaycana gəlib.
Amerika istehsalı olan filmdə Meyson obrazını yaradan tanınmış aktyor Leyn Devis Bakıda filmə çəkilir.
O, Vahid Mustafayevin “Qanlı yanvar” filmində rol alıb. Bu filmə Birləşmiş Ştatlar, Türkiyə və İranın məşhur aktyorları cəlb olunublar.
Bir neçə gün öncə amerikalı aktyor 20 Yanvar hadisələrinin qurbanlarını və Qarabağ müharibəsində həlak olmuş şəhidləri yad etmək üçün Şəhidlər Xiyabanını zıyarət edib.
“Əsgərlərin, qurbanların yaşı mənə çox təsir etdi. Onlar çox cavan idilər. Çünki mənim də 20 və 24 yaşında iki oğlum var və bu mənə çox təsir etdi” – deyə amerikalı aktyor Lane Davies bildirib
Qeyd edək ki, Bridcit və Cerom Dobsonların çəkdiyi və "sabun operası" kimi tanınan "Santa-Barbara" serialı ilk dəfə 1984-cü ilin 30 iyulunda ABŞ telekanalında efirə çıxıb. Sonuncu seriyanı isə tamaşaçılar 1993-cü ilin 15 yanvarında izləyiblər. Ümumilikdə 2137 seriyadan ibarət olan filmdə hadisələr Santa-Barbara şəhərində cərəyan edir.
Gün.Az