Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi
məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda
ürək xəstəlikləri riskini artırdığından çox az adam şübhələnir.
Avstraliyanın Sidney Universitetinin Tibbi Araşdırmalar İnstitutunun son
elmi işi bunu təsdiqləyir. Alimlər 12 ildə 2 minə yaxın uşağın
timsalında qazlı içkilərin təsirini müəyyən ediblər. Məlum olub ki,
gündə bir və daha çox qazlı içki içən uşaqlarda gözün arxa hissəsindəki
arteriyalar quruyur.
Arteriyaların belə quruması ənənəvi olaraq hipertoniya və ürək
xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Ekspert Bamimi
Qopinatın sözlərinə görə, hələ uşaqlıqdan sağlam qidalanmaya riayət
etmək lazımdır və uşaqlara şirin içkilər almaqla buna göz yummaq olmaz.
Qopinat reklam qaydalarının və uşaqlar üçün qida məhsullarının satışının
qanunvericilik səviyyəsində dəyişdirilməsinə tərəfdardır.
Yeri gəlmişkən, bundan əvvəl Adelaida Universitetinin Zumin Şinin
rəhbərlik etdiyi tədqiqat qrupu qazlı içkilərin astma və ağ ciyərlərin
obstruktiv xəstəliklərinə yol açdığını müəyyənləşdirib.
Trend