Rusiyanın Şaxta babası Bakıya gələcək
1.12.2014

Şaxta baba Yeni İlə gedən hazırlıqları yoxlamaq üçün Rusiyanın şəhərlərinə və xaricə ənənəvi səfərinə başlayıb.

Bu barədə Sehirbazın mətbuat-xidməti cümə günü bildirib.

“Səfərlər zamanı Şaxta baba uşaq xəstəxanalarında, internatlarda, reabilitasiya mərkəzlərində, mədəniyyət və idman saraylarında uşaqlarla görüşəcək, bir sıra mətbuat konfransları keçirəcək, eləcə də əsas meydanlarda qurulmuş şam ağaclarının işıqlarını yandıracaq”, - məlumatda deyilib.

Qış Sehirbazının səfəri Soçi şəhərindən başlayıb. Noyabrın sonunda onun Olones (Kareliya), Mineralnıe vodi, Nazran, Yesentuki və Yakutska səfərləri planlaşdırılıb. Sonra isə o, Bakı (Azərbaycan) şəhərinə ilk dəfə səfər edəcək, eləcə də Xantı-Mansiysk, Çerepobesin kiçik sakinləri ilə görüşəcək və Rıbinskdə şaxta babaların yürüşünə başçılıq edəcək.

Dekabrın ikinci yarısında Şaxta baba Şarkan (Udmurtiya), Naberejnı Çelnı, Qatçina, Sankt-Peterburq, Krasnoyarsk, Rezekne, Dauqavpils, Riqa, Tolyatti, Samara, Vıborq, Lappeenrantu, Kirov və Kostromaya gedəcək.

Ənənəyə əsasən Sehirbaz Korolevdə uçuşlara nəzarət mərkəzinə gedəcək, ordan isə qarşıdan gələn Yeni il münasibəti ilə kosmonavtları təbrik edəcək. Bundan başqa, Şaxta baba Moskvada əsas bayramqabağı tədbirlərdə iştirak edəcək, Rusiya Şimalının yeni il paytaxtı – Voloqdada bayram tədbiri keçirəcək.

Yeni İli isə rusiyalı Şaxta Baba öz vətənində Ustyuqda keçirməyi planlayır. Yanvarda isə o, Qroznı və Sevastopola yola düşəcək.

Oxu.az