Azərbaycanda ilk dəfə olaraq Rusiya Federasiyası İnquşetiya Respublikasının mədəniyyət günləri keçirilir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində dekabrın 2-də “1969” qalereyasında “İnquşetiya: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgisi açılacaqdır.
Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında, dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcəkdir.
Mədəniyyət günləri dekabrın 4-dək davam edəcəkdir.
AzərTAc