Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti yeni marka seriyası nəşr etdirib.
“Qarabağın görkəmli xadimləri” adlandırılan marka seriyasına 6 poçt markası daxildir.
Markaların üzərində ayrı-ayrılıqda Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim Haqverdiyev, Bülbül, Üzeyir Hacıbəyov və Xan Şuşinskinin şəkilləri təsvir olunub.
Nəfis dizaynda hazırlanmış markaların birinin nominal dəyəri 50 qəpik təşkil edir.
mincom.gov.az