Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?
1.12.2014

Həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək.

Gündüz şimal-qərb küləyi 9-14 m/s təşkil edəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.

Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Trend