"Məhəmməd" ən populyar uşaq adı oldu - FOTO
1.12.2014

Böyük Britaniyada yeni doğulmuş uşaqlara verilən adlar arasında ən populyarı "Məhəmməd"dir.

Dünyada hamilə xanımlar üçün nəzərdə tutulmuş ən böyük portal sayılan "Babycentre"in apardığı araşdırmanın nəticələri belədir. Son bir il ərzində "Məhəmməd" adının populyarlığı 27 bənd artaraq "Oliver", "Cek", "Noy", "Harri", "Çarli" və "Ceyms" adlarını geridə qoyaraq lider mövqe tutub.

"Məhəmməd" adını adətən müsəlman ailələrdə ilk doğulan oğlana verirlər. Müsəlman adlarının populyarlığının artması Britaniyada multikulturalizm səviyyəsinin yüksəlməsindən xəbər verir", - "Babycentre" sayının baş redaktoru Sara Redşou deyib.

Britaniyada "Ömər", "Əli" və "İbrahim" adları da populyardır.

Qızlara verilən adlara gəldikdə isə, lider mövqelər "Sofi", "Emili" və "Lili"yə məxsusdur.

Reytinqdə "Məryəm" adı 35-ci, "Nur" adı isə 29-cu yerdədir.

Milli.Az