Bir neçə gündür ki, ifası haqqında çox danışılan müğənni Elnur Hüseynovun çıxışını dünən, nəhayət, izlədik.
“O ses Türkiye”də səhnəyə çıxan “Eurovision-2008” təmsilçimiz Sem Smitin “Lutch” mahnısını oxudu.
Daha sonra o, Sertab Erenerin “Aşk” mahnısı ilə günə damğasını vurdu.
Bütün zalı özünə heyran edən həmyerlimiz haqqında müğənni Gökhan Özoğuz “İştirak etdiyim iki il ərzində elə yarışmaçı görməmişdim”, - deyə bildirdi.
Digər münsiflər Ebru Gündeş, Hadise, Mazhar və Özkan Elnurun çıxışını yarışma tarixində ən güclü ifa kimi dəyərləndirdilər.
Yarışmanın sonunda E.Hüseynov Ebru Gündeşi seçib. Elnur səhnəni tərk etdikdən sonra Gökhan deyib ki, Elnurun çıxışı ilə bu yarışmanın reytinqi çox qalxdı.
Qeyd edək ki, ifaçımız “AcunMediya” ilə 1 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, sənətçimiz Türkiyədə də populyarlıq qazanaraq, yenidən dünya səhnələrinə çıxacaq.
Video 1
Video 2
gun.az