Dekabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V. Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər Birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının foto portretləri” adlı sərgisinin açılışı keçiriləcək.
İttifaqdan verilən məlumata görə, sərgidə ilk dəfə olaraq respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarından bir qrupunun portreti nümayiş olunacaq.
Həmçinin sərgidə Ş. Nəzərlinin son illər çapdan çıxmış iki kitabının satış-təqdimatı da olacaq.
Qeyd edək ki, bu qəbildən olan sərgi Rəssamlar İttifaqının tarixində ilk dəfə təşkil olunur.
APA