Ölkəni “Skype”la idarə edən kralın tacı oğurlandı
2.12.2014

Qana Respublikasındakı Hohnoe bölgəsinin kralı Togbe Ngoryifia Cephas Kosi Bansahın tacı oğurlanıb.

Hər biri 20 min avro dəyərində olan 4 tac oğurlanıb. Oğrular eyvandan daxil olaraq tacları götürüb.

Qeyd edək ki, kral hal-hazırda həyat yoldaşı ilə birgə Almaniyada yaşayır. 66 yaşlı kral 200 min əhalisi olan əyaləti “Skype”la idarə edir. Bütün rəsmi tədbirlər, müraciətlər internet vasitəsi ilə əhaliyə çatdırılır.

Oxu.az