Facebook istifadəçilərinin ən çox bəyəndikləri şəhərlər - SİYAHI
2.12.2014

Facebook istifadəçiləri ən çox bəyəndikləri şəhərləri seçiblər.

Aktiv istifadəçi sayı 1.32 milyarddan çox olan Feysbuk istifadəçilərinin ən çox sevdikləri 50 şəhər arasında İstanbul şəhəri də var.

Şəhərlərin "like" (bəyəndim) sayı ilə yarışdıqları siyahıda birinci yerdə 15 milyon "like" ilə ABŞ-ın Nyu York şəhəri gəlib. Fransanın paytaxtı, sevgi şəhəri Paris ikinci, İngiltərənin paytaxtı Londonun isə üçüncü olduğu ən çox bəyənilən şəhərlər arasında İstanbul yeddinci yerdə qərarlaşıb.

Siyahıdakı maraqlı detallardan biri isə İranın paytaxtı Tehranın İtaliya paytaxtı Romadan daha çox "like" edilməsi olub. Tehran siyahıda 32-ci sırada yer alıb, Roma isə 35-ci olub. Siyahıda sonuncu yerdə isə 687 min "like"la Almaniyanın paytaxtı Berlindir.

İlk onluq:

Nyu York - 15.363.714

Paris - 9.144.939

London - 8.546.175

Los Anceles - 7.176.469

San Paulo - 4.915.960

Las Veqas - 3.286.174

İstanbul - 3.221.451

Rio de Janeyro - 2.913.718

Barselona - 2.614.534

Atlanta - 2.342.999

bizimyol.info