Jan Klod Van Dammın baş rol aldığı , 1989-cu ildə ekranlara çıxan “Kikboksçu” filmi bütün dünyada milyonlarla tamaşaçı qazandı.
Proyektin uğrurlu olmasını nəzərə alaraq Hollivud bu filmin yeni versiyasını çəkməyə qərar verib.
Yeni “Kikboksçu” filmi 2015-ci ildə ekranlara çıxacaq.
Filmin rejissoru Jan Klod Vandamma da təklif göndərib. Ancaq ulduz aktyor razılıq versə əvvəlki versiyadakı kimi baş rol ifaçısı olmayacaq. Yeni filmdə Van Damm məşqçi obrazını canlandıracaq.
Van Dammla bir yerdə filmə həmçinin Deyv Batista və Alen Mussi də çəkiləcək.
“Kikboksçu”nun yeni versiyasın “Radar Films” kompaniyası ekranlaşdıracaq. Kompaniyanın nümayəndəsi “ Jan Klod Van Damm filmdə məşqçi Çounu canlandıracaq. Baş rolu isə Alen Mussi ifa edəcək” deyib.
publika.az