Britaniya tranzit viza tələblərində hansı dəyişikliyi edib
2.12.2014

Böyük Britaniya tranzit viza tələblərində bəzi dəyişiklik edib.
Britaniya səfirliyinin rəsmi “Facebook” səhifəsinə istinadən verilən xəbərə görə, dekabrın 1-dən Britaniyanın ərazisinə tranzit keçid üçün daxil olan sərnişinlər bunun üçün də viza əldə etməlidirlər.

Yəni, təkcə aviabiletlə Birləşmiş Krallığın hava limanlarında təyyarədən enib, yükü götürərək digər təyyarəyə minmək və yola davam etmək mümkün olmayacaq.

Gün.Az