Qobustanda zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan dekabrın 3-də saat 06:34-də Qobustandan 23 km qərbdə qeydə alınıb.
Zəlzələ 15 km dərinlikdə, 3.0 maqnitudada baş verib.
Yeraltı təkan hiss olunmayıb.
APA