Dekabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar İncəsənət Xadimi, professor, pianoçu, pedaqoq Elmira Səfərovanın 80 illik yubileyinə həsr olunan konsert keçiriləcək.
Filarmoniyadan bildirilib ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.
Konsertin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.
Solistlər Əməkdar Artist Nərgiz Əliyarova, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kəbirlinskaya və Xalq Artisti Murad Hüseynovdur.
AzərTAc