Beynəlxalq gözəllik müsabiqəsi “Miss Globe İnternational” yarışmasının Azərbaycan üzrə milli seçimlərinin ilkin mərhələsi başa çatıb.
“Z Company 2007” şirkətinin təşkilatçılığı ilə baş tutan seçimlər haqqında məlumatı Gün.Az-a müsabiqənin baş prodüseri Aqil Məmiyev verib.
O bildirib ki, yarışmanın milli direktoru Zamiq Yunisovla birgə birinci seçimlər zamanı finala 16 nəfər keçib. Qalan 8 finalçı isə ikinci seçim turundan sonra bəlli olacaq.
Nəzərinizə çatdıraq ki, münsiflər heyətində bəstəkar Gövhər Həsənzadə (münsiflər heyətinin sədri), Aqil Məmiyev (“Miss Globe Azərbaycan 2015” baş prodüseri), Günel Behbudova (modelyer), Könül Əzizova (model), Vəfa Zeynalova (aktrisa) və başqaları var.
Gün.Az